×
A
A
A
Sazlamalar

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Bu ilin 8 ayında ölkəyə 8 min 424 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri isə 42 milyon 193 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 47 milyon 69 min dollarlıq 8 min 18 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

İqtisadiyyat 2019-09-23 11:56:00