×
A
A
A
Sazlamalar

GPS vasitəsilə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi öyrəniləcək

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbovanın “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması” adlı əsərinə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, əsər quşları daha yaxşı öyrənmək və onların yerini daha dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun siqnal verən kiçik cihazlar olan GPS xaltalar yerləşdirib onların verdiyi siqnallara əsasən daha dəqiq nəticə əldə etməyə həsr olunub. Müəllif göstərir ki, müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması sayəsində Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyası, həyat tərzi öyrənmək, onların nəslinin kəsilməməsi və qorunması istiqamətində tədbirlər planı hazırlamaq olar. Bu növlərin içərisində dünya əhəmiyyətli növlərin olması dünya ölkələri tərəfindən Azərbaycanın geniş miqyasda tanınmasına və turizmin inkişafına imkan verər. Həmçinin kütləvi informasiya vasitələrində bu sahədə yeni-yeni verilişlərin və videoların yaradılması üçün zəmin yaradar.
Bu səbəbdən müasir təbiəti mühafizə avadanlıqları (GPS xaltalar) vasitəsilə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması biomüxtəlifliyin mühafizəsi istiqamətində aparılan məqsədyönlü tədbirlərdən biri olacaq.

Elm və təhsil 2019-09-23 11:51:00