×
A
A
A
Sazlamalar

Yaponiyada qasırğaya görə super ekspreslərin hərəkəti dayandırılıb, 500-dək reys təxirə salınıb

Tokio, 23 sentyabr, AZƏRTAC

“Tapa” qasırğasının gətirdiyi güclü küləklərə görə Yaponiyada Hakata və Okayama stansiyaları arasında “Şinkansen” super ekspreslərinin hərəkətində fasilələr yaranıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qasırğa həmçinin ölkənin cənub-qərbində yerləşən Kyüşü adasını digər ərazilərlə birləşdirən 500-dək aviareysin təxirə salınmasına səbəb olub.
Bazar ertəsi səhər saatlarına olan məlumata görə aviaşirkətlər artıq 50-dək reysi təxirə salmalı olublar.
Aviaşirkətlər səyahətçilərə reyslər barədə son məlumatları internet vasitəsilə izləməyi tövsiyə edirlər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-09-23 11:28:00