×
A
A
A
Sazlamalar

Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

“Azəralüminium” MMC Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq üçün görülən tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, bu məhsulun metalloqrafik strukturu və mexaniki xassələri müasir standartların tələblərinə cavab verir. İstehsal olunan qəliblər artıq konveyerlərə quraşdırılıb və istismara hazırdır. “Azəralüminium” MMC mövcud potensialdan istifadə edərək xaricdən alınan texniki avadanlıq hissələrinin ölkə daxilində istehsalının təşkili istiqamətində işləri davam etdirəcək.

 

İqtisadiyyat 2019-09-23 11:13:00