×
A
A
A
Sazlamalar

Neft Fondu 3 illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkəti açıqlayıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.
Fonddan AZƏRTAC-a bildirilib ki, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti müsabiqənin qalibi müəyyən edilib və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-in 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin olunub.

Neft - qaz 2019-09-23 11:04:00