×
A
A
A
Sazlamalar

Bu yollarda rənglənmə işləri aparılacaq

Bakı, 23 sentyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Nərimanov rayonu ərazisindəki Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Tikinti̇ 2019-09-23 11:00:00