×
A
A
A
Sazlamalar

Stüart Şo: Tədbirdə çoxlu sayda ekspertlərin iştirakı təhsildə ədalətli qiymətləndirməyə böyük marağın göstəricisidir

Bakı, 23 sentyabr, AZƏRTAC
Konfrans öncəsi praktik məşğələdə çoxlu sayda ekspertlərin iştirakı təhsildə ədalətli qiymətləndirmə olmasına böyük marağın göstəricisidir.
Bunu IAEA-2019 konfransının iştirakçısı, Böyük Britaniyanın Kembric Beynəlxalq tədqiqat qrupunun rəhbəri Stüart Şo AZƏRTAC-a müsahibəsində deyib.
Bir neçə ildir ki, bu konfransa qatıldığını deyən ekspert praktik məşğələnin çox əhəmiyyətli və vacib məsələ olan təhsildə ədalətli qiymətləndirmənin aparılmasına həsr edildiyini bildirib.
"Rəhbərlik etdiyim qurumun əsas məqsədi imtahanlarda iştirak edən bütün namizədlərin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi üçün düzgün imtahan suallarının tərtib olunmasından ibarətdir. Biz cinsindən, etnik mənsubiyyətindən və fiziki qüsurundan asılı olmayaraq bütün namizədlərə qiymətləndirmədə tələb olunan bilik və bacarıqları nümayiş etdirmək üçün bərabər imkanlar yaradırıq. İmtahanda iştirak edən namizədlərə, həmçinin imtahan testlərinə xələl gətirə biləcək mənfi təzahürləri aradan qaldırmaq üçün imtahan suallarının hazırlanmasına daha artıq vaxt və xüsusi diqqət ayırırıq", - deyə Stüart Şo əlavə edib.

Elm və təhsil 2019-09-23 10:36:00