×
A
A
A
Sazlamalar

Vladimir Navodnov: Ümidvaram ki, konfrans maraqlı nəticələri ilə yadda qalacaq

Bakı, 23 sentyabr, AZƏRTAC
Mən 2007-ci ildə Bakıda keçirilən IAEA-nın 33-cü konfransında da iştirak etmişəm. O konfransdan sonra Bakıdan xoş təəssüratlarla qayıtmışdım. Ona görə də Bakıda keçirilən 45-ci konfransda iştirak fürsətini qaçırmaq istəmədim.
Bu fikri AZƏRTAC-a müsahibəsində IAEA-nın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının rusiyalı iştirakçısı Vladimir Navodnov deyib.
O bildirib ki, konfransda təhsildə qiymətləndirmə istiqamətində maraqlı müzakirələr aparılacaq.
"Dünyada dəyişiklikliklər biz gözlədiyimizdən sürətlə gedir. Tendensiyalar hər gün dəyişir. Bu dinamika özünü təhsildə də göstərir. Ona görə də dünyanın təhsil sahəsində çalışan mütəxəssislərini bir araya gətirən beynəlxalq konfranslara ehtiyac var. Konfransın müxtəlif sessiyalarında orta və ali təhsildə qiymətləndirmə meyarlarına həsr olunan məruzələr olacaq. Ümid edirəm ki, konfrans maraqlı nəticələri ilə yadda qalacaq", - deyə Vladimir Navodnov qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə ki, biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
IAEA 2019-un yerli və xarici mediada geniş işıqlandırılması üçün Dövlət İmtahan Mərkəzi Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) rəsmi media tərəfdaşı seçib.

Elm və təhsil 2019-09-23 10:17:00