Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə Superliqası: “Qalatasaray” cari mövsümdə üçüncü dəfə xal itirib

Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də futbol üzrə Türkiyə Superliqasının V turu çərçivəsində qarşılaşmada “Qalatasaray” səfərdə “Yeni Malatyaspor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Hesabı görüşün 23-cü dəqiqəsində İstanbul təmsilçiləri açıb. Miçel Seri çərçivəni dəqiq nişan alıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 89-cu dəqiqəsində meydan sahiblərinin əziyyəti öz bəhrəsini verib. Guilherme hesaba tarazlıq gətirib 1:1. Beləliklə “Qalatasaray” və “Yeni Malatyaspor” görüşündə qalib müəyyənləşməyib.
Turun digər oyununda “Rizəspor” klubu “Qazıantep”ə 2:1 hesabı ilə məğlub olub. “Gənclərbirliyi” isə doğma meydanda “Alanyaspor”la heç-heçə edib - 1:1.
Bu oyundan sonra “Qalatasaray” çempionatda 8 xalla altıncı pillədə qərarlaşıb.
Turun son qarşılaşmaları sentyabrın 23-də keçiriləcək.

İdman 2019-09-23 01:08:00