×
A
A
A
Sazlamalar

“Little YARAT” proqramının növbəti ustad dərsləri keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

“Artım” layihə məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində “Little YARAT” proqramının növbəti ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar Aqil Abdullayevin “Zəhləm getmiş dostlarım” adlı əsərindən ilhamlanaraq, zin formatlı kitabların hazırlanmasının kreativ və praktiki texnikaları ilə tanış olublar.
Ustad dərsi zamanı iştirakçılar valideynləri ilə bir araya gələrək, öz yaradıcı bacarıqlarını kəşf etməklə, onların nəyinki incəsənətdə, həmçinin başqa sahələrdə də tətbiq oluna biləcəyini öyrəniblər.

 

Mədəniyyət 2019-09-23 04:07:00