×
A
A
A
Sazlamalar

Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də “Atım” layihə məkanında amerikalı rejissor Stiven Çboskinin “Möcüzə” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bullinq mövzusuna aid “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində təqdim olunacaq ekran əsəri qeyri-adi görkəmli oğlan Ouqust (Oqqi) Pulmandan bəhs edir. Oqqi anadangəlmə nadir xəstəlikdən (Triçer Kollins sindromu) əziyyət çəkir. Cərrahların səyi nəticəsinə baxmayaraq, onun siması bədheybət halda qalmaqdadır. Buna görə də, gözəl yumor hissinə sahib olan qəhrəman heç kimin qorxmaması üçün astronavt dəbilqəsində gəzməyə artıq öyrəşib. Oqinin artıq məktəbə getmək zamanı gəlir, burada yalnız oxumaq yox, həm də sinif yoldaşları ilə dostluq etmək lazımdır.
Xronometrajı 113 dəqiqə olan film rus dilində nümayiş ediləcək.

 

Teatr və kino 2019-09-22 23:25:00