×
A
A
A
Sazlamalar

İtaliyalı pianoçu Bakıda ilk konsertini verib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu Aleksandr Hacıyevin solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan XI Beynəlxalq Festival çərçivəsində reallaşıb.
Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib.
İfaçının proqramına Bethoven, Ferens List, Sergey Prakovyev kimi klassik bəstəkarların əsərləri daxil edilib. A.Hacıyevin ifası tamaşaçıların zövqünü oxşayıb, gur alqışlarla qarşılanıb.
Xatırladaq ki, festival sentyabrın 30-dək davam edəcək.

 

Mədəniyyət 2019-09-22 20:41:00