×
A
A
A
Sazlamalar

Niko Diteren: Tədbirdən gözləntimiz təhsilin qiymətləndirməsi sahəsində təcrübə mübadiləsi aparılmasıdır VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

IAEA 2019 konfransı çərçivəsində keçirilən praktik məşğələnin əsas məqsədi XXI əsrdə aktual bir məsələ - təhsilin qiymətləndirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır.
Bu fikri IAEA 2019 konfransının iştirakçısı, Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren AZƏRTAC-a müsahibəsində deyib.
“Müxtəlif ölkələrdən ekspertlərin iştirak etdiyi bu tədbirdən əsas gözləntimiz təhsilin qiymətləndirməsi sahəsində təcrübə mübadiləsi aparmaq və yenilikləri bölüşməkdir. Həmin ekspertlər təmsil olunduqları ölkələrin təcrübəsini bölüşməklə iştirakçıların təhsilin qiymətləndirilməsi sahəsində biliklərinin artırılmasına töhfə verirlər. Onu da qeyd edim ki, Dövlət İmtahan Mərkəzi bu konfransın yüksək səviyyədə keçirilməsi üçün bütün şəraiti yaradıb”, - deyə Niko Diteren bildirib.

 

Elm və təhsil 2019-09-22 17:15:00

Video