×
A
A
A
Sazlamalar

Qarşıdakı 20 ildə Çinə məxsus mülki təyyarələrin sayı 10 mini ötəcək

Pekin, 22 sentyabr, AZƏRTAC

Qarşıdakı 20 ildə Çində mülki təyyarələrin sayı sürətlə artaraq 10 mini ötəcək.
AZƏRTAC Çin Kommersiya təyyarələri istehsalı korporasiyasının (COMAC) hesabatına istinadla xəbər verir ki, növbəti 20 ildə Çinin mülki aviasiya parkındakı təyyarələrin sayı ildə orta hesabla təxminən 5,2 faiz artacaq. Bu, dünya üzrə proqnozlaşdırılan orta artım tempindən yüksək göstəricidir. Nəticədə Çinin dünya üzrə mülki təyyarələrin sayındakı indiki 16 faizlik payı çoxalaraq 2038-ci ildə 21 faizə çata bilər.
Proqnoza əsasən, qarşıdakı 20 ildə dünyada ümumi dəyəri 6,6 trilyon ABŞ dolları olan 45 mindən çox yeni təyyarə istehsal olunacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-09-22 17:00:00