×
A
A
A
Sazlamalar

Güclü küləklə əlaqədar Azərbaycanın ərazi sularında üzən gəmilərin hərəkətinə icazə verilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də səhər saat 8-dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında ölkəmizin və xarici dövlətlərin bayraqları altında üzən gəmilərin hərəkətinə, limanlara giriş-çıxışına icazə verilib.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda dənizdə küləyin sürəti saniyədə 15–18 metrdir. Axşama doğru küləyin sürətinin azalaraq saniyədə 11–12 metr olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5–2 metrdir. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Nəqliyyat 2019-09-22 15:03:00