Baş pediatr: Mövsümi xəstəliklərə qarşı əvvəlcədən hazırlıq görürük
Bakı, 22 sentyabr, AZƏRTAC
İlin hər mövsümündə ona xas xəstəliklərə rast gəlinir. Hər zaman həmin xəstəliklərə qarşı əvvəlcədən hazırlıq görür, qabaqlayıcı tədbirlər həyata keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.
Dünyada bir çox yoluxucu xəstəliklərin epidemiyasının geniş yayıldığını vurğulayan professor deyib: “Nümunə üçün deyə bilərəm ki, qızılcanın epidemiyası dünyanın bir çox ölkələrini bürüyüb. Azərbaycanda belə hal yoxdur. Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən siyasət, uşaqların dövlət vəsaiti hesabına 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunması müsbət nəticələrini göstərir. Təbii ki, bu, bizi sevindirir. Lakin iş bununla bitmir. Əsas məqsədimiz bütün vasitələrdən istifadə etməklə ölkəmizdə uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırmaqdır”.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar