×
A
A
A
Sazlamalar

Cüdo hakimlərinin fiziki hazırlığı yoxlanılıb

Bakı, 22 sentyabr, AZƏRTAC
Cüdo üzrə Azərbaycan çempionatlarına və respublika miqyaslı yarışlara təyinat alan hakimlər fiziki hazırlıq üzrə test veriblər.
AZƏRTAC xəbər verir ki, testlərə Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli nəzarət edib.
Qeyd edək ki, testlər Olimpiya Stadionunda və burada yerləşən Cüdo Təlim-Məşq Bazasında götürülüb.

İdman 2019-09-22 02:14:00