×
A
A
A
Sazlamalar

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü Novruz Cəfərovun “Mən ölməyəcəyəm” tamaşası ilə açacaq

Ağdam, 22 sentyabr, AZƏRTAC
Ağdam Dövlət Dram Teatrı yeni mövsümünü sentyabrın 23-də Əməkdar artist Novruz Cəfərovun “Mən ölməyəcəyəm” tamaşası ilə açacaq.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Səbuhi Əhmədov, quruluşçu rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rollarda Əməkdar artist Fəqumə Yusifova, Fərhad Fərhadzadə, Xəyalə Xudatova, Qalib Abdullazadə, Elşən Cavadov, Elgiz Mürşüdov, Nizami Ələkbərov çıxış edirlər.

Regionlar 2019-09-22 01:22:00