×
A
A
A
Sazlamalar

“Səbail”-“Qəbələ” qarşılaşması heç-heçə başa çatıb

Bakı, 21 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında "Səbail" öz meydanında "Qəbələ"ni qəbul edib.
"ASCO Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib - Mirabdulla Abbasov fərqlənib.
Bu nəticədən sonra 4-cü xalını qazanan "Qəbələ" 7-ci pillədə qalıb. "Səbail" isə 10 xalla ikincidir.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" evdə "Sabah"ı məğlub edib 1:0.
Turun "Neftçi" - "Keşlə" qarşılaşması sentyabrın 22-də, "Zirə" - "Qarabağ" görüşü isə sentyabrın 23-də oynanılacaq.

İdman 2019-09-21 23:18:00