×
A
A
A
Sazlamalar

“Sumqayıt” klubu doğma meydanında “Sabah”ı minimal hesabla məğlub edib

Bakı, 21 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Sumqayıt” klubu “Sabah” komandasını qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 34-cü dəqiqəsində Sərdar Taşkın olub.
Bu qələbə sayəsində “Sumqayıt” klubu xal ehtiyatını 6-ya çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Sabah” isə 2 xalla sonuncu – səkkizinci yerdədir.
Xatırladaq ki, günün ikinci matçı “Səbail” və “Qəbələ” komandaları arasında oynanılacaq. Saat 19:45-də start götürəcək görüş “ACCO Arena”da keçiriləcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq.

İdman 2019-09-21 20:46:00