×
A
A
A
Sazlamalar

Milli Kitabxanada "Nizami Cəfərov-60" adlı kitab sərgisi açılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, akademik Nizami Cəfərovun anadan olmasının 60 illiyi münasibətilə "Nizami Cəfərov-60" adlı geniş kitab sərgisi açılıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, təqdim olunan sərgidə akademikin Azərbaycan, rus və digər dillərdə əsərləri, redaktoru olduğu, ön söz yazdığı, rəy verdiyi, haqqında yazılan kitablar və dövri mətbuat materialları sərgilənir.

Mədəniyyət 2019-09-21 20:39:00