×
A
A
A
Sazlamalar

ABŞ-da gecə klubunda açılan atəş nəticəsində iki nəfər ölüb

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ-ın Lankaster dairəsində (Cənubi Karolina ştatı) naməlum şəxslərin gecə klubunda odlu silahdan açdıqları atəş nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Fox News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hadisə Old Skool Sports Bar & Grill gecə klubunda baş verib. “İki nəfər həyatını itirib, daha çox sayda insan ciddi yara alıb”, - deyə dairənin şerifi Barri Feil bildirib.
Telekanal qeyd edir ki, söhbət azı səkkiz yaralıdan gedir. Hələlik dəqiq rəqəmlər məlum deyil.
Yaralılar xəstəxanaya yerləşdirilib. Polis təhqiqata başlayıb, atəş açanlar axtarılır.

Dünya 2019-09-21 19:37:00