×
A
A
A
Sazlamalar

Azərbaycanın qrup hərəkətləri komandasının 5 topla çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb

Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandamız növbəti çıxışını edib.
AZƏRTAC xəbər verir ki, Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb.
Hakimlərdən 26,400 xal alan milli komandamız hazırda 9-cu pillədə qərarlaşıb.
Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdman 2019-09-21 18:33:00