×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən telefon aksesuarları və saatlar aşkarlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən telefon aksesuarları və saatlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Toyota-Camry” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının baqajının sağ və sol tərəflərində 29 ədəd üzərində “AirPods” yazılan qulaqlıq, 3 ədəd üzərində “Samsung Gear S3 frontier” və 4 ədəd üzərində “Samsung Galaxy Watch” yazılan saat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-21 18:08:00