×
A
A
A
Sazlamalar

Bu il ölkəyə 5,6 min ton süd idxal olunub

Bakı, 21 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ölkəyə 5 min 667 ton süd idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən südün dəyəri 9 milyon 370 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni aylarında 7 milyon 400 min dollarlıq 5 min 260 ton süd idxal edilib.

İqtisadiyyat 2019-09-21 17:59:00