×
A
A
A
Sazlamalar

Bakı-Sumqayıt şosesinin 5-ci kilometr ərazisində yerləşən meşə massivi tullantılardan təmizlənib

Bakı, 21 sentyabr, AZƏRTAC 

Sentyabrın 21-də “World Cleanup Day” (Dünya Təmizlik Günü) hərəkatına qoşulan 157 ölkədə ətraf mühitin tullantılardan təmizlənməsi üzrə müxtəlif tədbirlər təşkil olunur. “Gilan Holding” ekologiyanın qorunması üzrə bu maraqlı təşəbbüsü dəstəkləyərək, “Təbiət üçün əl-ələ!” devizi ilə təmizlik aksiyası keçirib.
Qurumdan AZƏRTAC-a verilən xəbərə görə, aksiya çərçivəsində holdinqin əməkdaşları Bakı-Sumqayıt şosesinin 5-ci kilometr ərazisində yerləşən meşə massivinin bir hektara yaxın sahəsini müxtəlif növ tullantılardan təmizləyiblər. Toplanmış yarım tona yaxın plastik, şüşə, kağız və digər tullantılar ərazidən xaric olunub.
“Gilan Holding” təmizlik tədbirinin həyata keçirilməsinə dəstək göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi minnətdarlıq bildirir.

Ekologiya 2019-09-21 17:53:00