×
A
A
A
Sazlamalar

Azərbaycanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edib

Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edib.
Hakimlərdən 26,700 xal alan milli komandamız hazırda 6-cı pillədə qərarlaşıb.
Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdman 2019-09-21 17:35:00