Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin müsahibə mərhələsi davam edir
Bakı, 21 sentyabr, AZƏRTAC
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 21-i saat 17:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 101 nəfər uğur qazanıb. Onlardan 46 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 32 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 11 nəfər Mədəniyyət Nazirliyində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfər isə Şirvan Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.
Məktəb psixoloqları üçün müsabiqə
BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib
Tanınmış arxeoloq Tufan Axundov vəfat edib
AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib
Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib