×
A
A
A
Sazlamalar

Bu il Riyaziyyat və Mexanika İnstitutuna səkkiz magistr qəbul olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna 8 magistr qəbul olunub.
Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov həmin magistrlərlə görüşüb, onlara tövsiyələrini verib, təhsildə uğurlar arzulayıb.
Qeyd edək ki, magistrlərdən ən yüksək bal toplayanı Xalidə Əliyeva olub.

Elm və təhsil 2019-09-21 17:33:00