×
A
A
A
Sazlamalar

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı növbəti konsert proqramı ilə davam edir

Bakı, 21 sentyabr, AZƏRTAC

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsertdə rusiyalı məşhur pianoçu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski çıxış edib. Konsertin proqramında Frederik Şopen, İohannes Brams, Edvard Qriq, Qriqori Qinzburqun əsərləri səsləndirilib.
Filip Kopaçevski Moskva dövlət Akademik Filarmoniyasının solisti, 8 nüfuzlu beynəlxalq müsabiqənin, habelə Almaniyada keçirilən F.Şubert adına X Beynəlxalq müsabiqəsinin laureatıdır. Pianoçu Böyük Britanıya, ABŞ, Hollandiya, Fransa, İtaliya, Yunanıstan, Polşa, İspaniya, Azərbaycan və Rusiyanın bir çox şəhərlərində müntəzəm olaraq çıxış edib. O, Moskva Dövlət Konservatoriyasını bitirib və təhsilini aspirantura pilləsi üzrə S.L.Dorenskinin sinfində davam etdirib. Filip Kopaçevski böyük nailiyyətini Yaponiyada NHK televiziya şirkətinin sifarişi ilə F.Şopenin fortepiano əsərlərinin CD alboma yazılması ilə əldə edib.

 

Mədəniyyət 2019-09-21 17:17:00