×
A
A
A
Sazlamalar

Lənkəranda Xəzərin sahili tullantılardan təmizlənib

Lənkəran, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Ekologiya İdarəsi, Lənkəran Şəhər Yaşıllaşdırma İdarəsi və ETSN-nin digər yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Lənkəran şəhərinin Heydər Əliyev prospektində “Biz dünyanı təmizləyək!” devizi ilə aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Heydər Əliyev prospekti boyunca salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazi müxtəlif məişət tullantılarından təmizlənib.
Aksiya iştirakçıları, həmçinin Heydər Əliyev prospektindən Xəzər dənizinin sahilindəki çimərlik zonasının ərazisini plastik və məişət tullantılarından təmizləyiblər.
Təmizlik aksiyasında 100-ə yaxın könüllü iştirak edib.

Regionlar 2019-09-21 16:50:00