×
A
A
A
Sazlamalar

Ət idxalı artıb


Bakı, 21 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ölkəyə 33 min 210 ton ət idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 50 milyon 138 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin 8 ayında ölkəyə 43 milyon 660 min dollarlıq 30 min 186 ton ət idxal edilib.

İqtisadiyyat 2019-09-21 15:56:00