×
A
A
A
Sazlamalar

Azərbaycanın U-17 komandası Belarus millisi ilə qarşılaşıb

Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun Belarus yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Belarus millisi qələbə qazanıb – 4:1.

İdman 2019-09-21 15:14:00