Səkkiz ayda plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Cari ilin səkkiz ayında ölkədən 184 min 459 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac olunan bu məhsulların dəyəri 136 milyon 836 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 90 milyon 375 min dollarlıq 119 min 534 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır
Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub