Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
Budapeşt, 21 sentyabr, AZƏRTAC
Macarıstanın populyar ingilisdilli “Daily News Hungary” xəbər portalı öz saytında AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Pərvanə Qarayevanın yazısını yerləşdirib. AZƏRTAC xəbər verir ki, yazıda oxuculara Macarıstanın Xarici İşlər naziri Peter Siyyartonun Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov tərəfindən “Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə mükafatlandırılması barədə məlumat verilib (см.: https://dailynewshungary.com/news_to_go/azerbaijani-fm-awards-his-hungarian-colleague-an-honorary-medal/).
Mükafatlandırma mərasimi Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin zalında keçirilib. Hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri mərasimdə çıxış edərək onların ölkələri arasındakı dostluq münasibətlərindən məmnun qaldıqlarını ifadə ediblər və bütün sahələrdə əməkdaşlıq üçün geniş spektrin olduğunu vurğulayıblar.
Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb
Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir