×
A
A
A
Sazlamalar

"Bakı 2019": Qrup hərəkətləri komandaları dünya çempionatında mübarizəyə başlayıblar

Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın altıncı günündə qrup hərəkətləri komandaları mübarizəyə başlayıblar. Komandalar iki qrupda yarışırlar. Ümumilikdə 24 yığma komandanın mübarizə apardığı yarışda Azərbaycan gimnastları B qrupunda güclərini sınayacaqlar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramlarını təqdim edəcəklər.
Yarışda qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Günün sonunda çoxnövçülük üzrə yarışların mükafatçıları bəlli olacaq. Həmçinin çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.
Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdman 2019-09-21 14:43:00