×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında ölkəyə 853 min tonadək buğda idxal olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında ölkəyə 852 min 878 ton buğda idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, bu müddətdə idxal edilən buğdanın dəyəri 186 milyon 213 min ABŞ dollarıdır.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə 130 milyon 955 min dollar dəyərində 730 min 990 ton buğda idxal edilib.

İqtisadiyyat 2019-09-21 14:27:00