Regionlarda qadın sahibkarların maarifləndirilməsi istiqamətində təlimlər təşkil edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. “Öz biznesinə başla”, “Biznes planın hazırlanması”, “Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə 100-ə yaxın iştirakçı biznes planın, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac var və bu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcək.
Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.
Növbəti mərhələdə potensial gənc qadın sahibkarların istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunacaq və onların məhsullarından ibarət sərgilər keçiriləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması istiqamətində KOBİA tərəfindən müxtəlif maarifləndirici tədbirlər və layihələr həyata keçirilir.
Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək
Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib