×
A
A
A
Sazlamalar

BƏƏ Yaxın Şərqdə internet-protokolun 6-cı versiyasına keçmiş ilk ölkədir

Dubay, 21 sentyabr, AZƏRTAC

“RipeNCC”, “AkamaiTechnology” və “Google” şirkətlərinin statistika məlumatlarına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) internet-protokolun 6-cı versiyası Elektrik Şəbəkəsini Tənzimləmə Orqanı tərəfindən ölkədə işə salınmasından sonra bu versiyaya iki ildən az müddət ərzində keçid üzrə Yaxın Şərqdə birinci yeri tutub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, internetin altıncı protokoluna (IPv6) keçid dördüncü versiyanın (IPv4) internetdən istifadənin sürətlə artması baxımından artan tələbatı təmin edə bilməməsi fonunda 5G mobil texnologiyalarının və rəqəmsal transformasiyasının tətbiqinə əhəmiyyətli təsir göstərəcək.
Qeyd edilir ki, internetin altıncı protokolunun tətbiqi, xüsusən, internetə və onun BƏƏ-də tətbiqinə münasibətdə gələcək strategiyanın tərkib hissəsidir. İnternetin altıncı protokoluna keçidin birinci mərhələsinin işə salınması zamanı BƏƏ ölkə rəhbərliyinin süni intellekt sahəsində strategiyasına əsaslanaraq, Əmirliklərdə dünya hörümçək torunun üfüqlərini genişləndirməyə çalışıb.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay

Dünya 2019-09-21 12:33:00