×
A
A
A
Sazlamalar

İçərişəhərdə növbəti tədbir “Şirvanşahlar Sarayı Kompleksi” turistlərə necə təqdim olunmalıdır?” mövzusuna həsr olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin düzgün təbliği məqsədilə “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsində “Tarix və mədəniyyət abidələrimiz həm də ideoloji silahımızdır” mövzusunda silsilə tədbirlər çərçivəsində “Şirvanşahlar Sarayı Kompleksi” turistlərə necə təqdim olunmalıdır?” mövzusunda dəyirmi masa təşkil edilib.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, dəyirmi masada “Bələdçilik peşəsinin spesifik xüsusiyyətləri”, “Şirvanşahlar Sarayı Kompleksinin memarlıq xüsusiyyətləri”, “Şirvanşahlar Sarayı Kompleksi və bələdçi mətnlərinin problemləri”, “Şirvanşahlar Sarayı Kompleksi haqqında tarixi məlumatlar və yeni tədqiqatlar” adlı məruzələr dinlənilib və mövzulara dair müzakirələr aparılıb.

Mədəniyyət 2019-09-21 12:16:00