×
A
A
A
Sazlamalar

Türkiyə polisi axtarışda olan şəxslərə qarşı xüsusi əməliyyat keçirib

Ankara, 21 sentyabr, AZƏRTAC

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi axtarışda olan şəxslərin tutulması üçün xüsusi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, əməliyyata 29 min 569 polis əməkdaşı cəlb olunub. Ölkə üzrə eyni vaxtda aparılan əməliyyat zamanı ümumilikdə 7495 ünvanda axtarış aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2806 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Dünya 2019-09-21 12:06:00