×
A
A
A
Sazlamalar

DSX: Düşmən “Qazax” sərhəd diviziyasının döyüş mövqelərini və təminat yolları salan ekskavatoru atəşə tutub

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskavator düşmən tərəfindən atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Ordu 2019-09-21 11:30:00