×
A
A
A
Sazlamalar

Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək

Bakı, 21 sentyabr, AZƏRTAC

Noyabrın 6-dan 8-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, noyabrın 6-da bu səhnə əsərində Jorj Jermonun partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov ifa edəcək.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Teatr və kino 2019-09-21 08:53:00