×
A
A
A
Sazlamalar

Tanınmış rusiyalı orqan ifaçısı Bakıda çıxış edib

Bakı, 20 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında tanınmış rusiyalı orqan ifaçısı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenkonun konserti olub.
AZƏRTAC xəbər verir ki, musiqi axşamında İ.S.Bax, H.A.Ştamm, C.Talben-Boll, A.Mirzəyev, D.Dianov və digər bəstəkarların əsərləri səslənib. Y.Avramenkonun çıxışı bakılı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Qeyd edək ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Mədəniyyət 2019-09-20 22:57:00