×
A
A
A
Sazlamalar

ABŞ gimnastı Laura Zenqə “Prize of Elegance” mükafatı təqdim olunub

Bakı, 20 sentyabr, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində yarışın tərəfdaşı olan “Longines” şirkətinin təsis etdiyi “Prize of Elegance” mükafatının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mükafat ABŞ idmançısı Laura Zenqə təqdim olunub.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdman 2019-09-20 20:45:00