×
A
A
A
Sazlamalar

Rusiya gimnastı Dina Averina dünya çempionatının çoxnövçülük yarışlarına liderlik edir

Bakı, 20 sentyabr, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çoxnövçülük üzrə final yarışlarına Rusiya idmançısı Dina Averina başçılıq edir. Gimnastın hesabında 68,450 xal var.
İkinci yerdə 66,600 xalla İsrail təmsilçisi Linoy Aşram qərarlaşıb. İlk üçlüyü italiyalı Milena Baldassarri (64,100 xal) tamamlayır.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdman 2019-09-20 19:25:00