×
A
A
A
Sazlamalar

Azərbaycan karateçiləri İranda ənənəvi beynəlxalq turnirdə mübarizəyə qoşulublar

Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan karateçiləri İranın Urmiya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, yarışda Əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaş kateqoriyaları üzrə milli komandaların əsas və əvəzedici heyətlərinin 50-dən artıq idmançısı mübarizə aparır. On iki ölkədən 412 karateçinin iştirak etdiyi yarış həm də yeniyetmə və gənclər üçün oktyabrda Çilidə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov turnirə fəxri qonaq qismində dəvət olunub. Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov qarşılaşmaların idarə olunmasında iştirak edəcəklər.

İdman 2019-09-20 18:47:00