×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda avtomobillərdən oğurluq edən yeniyetmə yaxalanıb

Bakı, 20 sentyabr, AZƏRTAC 

Binəqədi qəsəbə sakini E.Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparmaqda şübhəli bilinən Salyan rayon sakini olan yeniyetmə Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlərlə onun daha üç avtomobildən maqnitofon oğurladığı da müəyyən edilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-20 18:32:00