×
A
A
A
Sazlamalar

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Bakı, 20 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük norma daxilində olmaqla normanın 100, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və çox olmaqla 50-160 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 134 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 96 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 69 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 49 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 83 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 santimetr azalaraq 380 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 18 santimetr azalaraq 275 santimetr olub. Salyanda suyun səviyyəsi 20 santimetr azalıb və 201 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 20 santimetr azalaraq 90 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 5 santimetr azalaraq 192 santimetr olub.

Ekologiya 2019-09-20 18:26:00