Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı, 20 sentyabr, AZƏRTAC 

Vergilər naziri Mikayıl Cabbarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz ilə görüşüb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə BP şirkətinin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, gələcək layihələr və Azərbaycanda bərpaolunan enerji mənbələri barədə məsələlər müzakirə edilib.
Vergilər Nazirliyinin rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Maliyyə 2019-09-20 18:04:00